SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar üçün mövcud tapşırıqlar müəyyənləşib-FOTO

Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar üçün mövcud tapşırıqlar müəyyənləşib-FOTO
30-12-2019, 11:00

Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji kadrların hazırlanmasında mövcud vəziyyətə dair yığıncaq keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin rektoru Elbrus İsayev elmi-pedaqoji kadrların hazırlanmasına göstərilən dövlət dəstəyindən danışıb. Elmin böyük əhəmiyyəti barədə danışan rektor qeyd edib ki, bu, çox çətin, eyni zamanda da böyük məsuliyyət tələb edən bir işdir. Vurğulanıb ki, əvvəlki illərlə müqayisədə indi elm adamından daha çox əmək tələb olunur. Xarici dili yüksək səviyyədə bilmək, xarici ədəbiyyatdan, müasir üsullardan istifadə qaydaları, etik normalar kimi qaydalar müasir dövrün tələbləridir. Rektor elm yolunda inamla addımlayan hər kəsi bu istiqamətdə fəal mövqeyə, məsuliyyətli olmağa səsləyib.
Universitetin elmi katibi Məftun İsmayılov “2019-cu ildə doktorant və dissertantların attestasiyanın nəticələri” adlı çıxışında təhsilin doktorantura səviyyəsini əhatə edən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı”nı diqqətə çatdırıb. Qeyd edilib ki, bu proqram ölkəmizdə yeni nəsil mütəxəssislərin, elmi-pedaqoji kadrların yetişdirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Bildirilib ki, universitetdə fəlsəfə doktoru proqramına dair 38 ixtisas üzrə 134 doktorant və dissertant, elmlər doktoru proqramına dair isə 12 ixtisas üzrə 17 doktorant və dissertant hazırlığı aparılır. Universitetdə doktorant və dissertant hazırlığını 25 kafedra həyata keçirir. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlardan 24 nəfəri doktorant, 110 nəfəri isə dissertantdır. Vurğulanıb ki, doktorant və dissertantlardan 63 nəfəri büdcə hesabına, 71 nəfəri isə ödənişli təhsil alır. Onlardan 2 nəfəri xarici ölkə vətəndaşıdır.
Sonra doktorant və dissertantların fikirləri dinlənilib, hər kəsin qarşısında duran vəzifələr müəyyənləşdirilib.

Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar üçün mövcud tapşırıqlar müəyyənləşib-FOTO
Naxçıvan Dövlət Universitetində doktorant və dissertantlar üçün mövcud tapşırıqlar müəyyənləşib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031