SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda şagirdlər arasında fənn olimpiadasının birinci mərhələsi keçirilib

Kəngərli rayonunda  şagirdlər arasında fənn olimpiadasının birinci mərhələsi keçirilib
26-01-2019, 10:17

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında fənn olimpiadasının birinci mərhələsi keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Qıvraq qəsəbə tam orta məktəbində keçirilən fənn olimpiadasında rayonun 12 ümumtəhsil məktəbinin IX-XI siniflərində təhsil alan 35 şagird iştirak edib. Şagirdlər onlara ünvanlanan 25 suala 3 saat ərzində cavab verməyə çalışıblar.
Fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, kimya, fizika, biologiya və informatika fənlərindən şagirdlərin bilikləri yoxlanılıb.
Qeyd edək ki, müvafiq fənlər üzrə birinci yerə layiq görülmüş məktəblilər fevral ayının ikinci ongünlüyündə Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulan fənn olimpiadasının muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd olunan fənlər üzrə olimpiadaların keçirilməsində məqsəd bir tərəfdən şagirdlərin ümumi biliklərini yoxlamaqdırsa, digər tərəfdən məktəblilər arasında həmin fənlərin öyrənilməsinə marağın artırılmasıdır.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031