SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan”Universitetində “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO

“Naxçıvan”Universitetində  “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO
27-12-2019, 15:00

“Naxçıvan”Universitetinin elmi kitabxanasında dosent Ceyhun Mahmudovun və iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimat mərasimi keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM -a verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq müəllifləri təbrik edib. Qeyd edib ki, universitetin fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş kitab dərs vəsaiti kimi tələbələr üçün qiymətli xəzinədir.

Daha sonra “Naxçıvan”Universitetinin İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadənin, Naxçıvan Dövlət Universitetinin dosenti Mehdi Bağırovun və Naxçıvan” Universitetinin İdarəetmə kafedrasının müdiri, dosent İradə Bağırovanın kitab haqqında fikirləri dinlənilib.

Bildirilib ki, dərs vəsaitində bazar iqtisadiyyatının tələblərini nəzərə alaraq ölkəmizdəki proqnozlaşdırma proseslərinə bir çox cəhətdən yeni bir şəkildə baxılmasına cəhd göstərilmişdir. Proqnozlaşdırmanın əsas forma və metodları milli iqtisadiyyat, regional və ən vacib sahələr səviyyəsində nəzərdən keçirilmişdir. Bu dərs vəsaiti tələbələrə minimum sayda istifadə edilə biləcək elmi ədəbiyyat mənbəyi olan “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” fənninin mənimsənilməsinə imkan verən əlavə bir mənbə kimi yaradılmışdır.

Sonda müəlliflər çıxış edərək universitet rəhbərliyinə dərs vəsaitinin dərc olunmasında göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

“Naxçıvan”Universitetində  “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO
“Naxçıvan”Universitetində  “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO
“Naxçıvan”Universitetində  “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO
“Naxçıvan”Universitetində  “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO
“Naxçıvan”Universitetində  “Sosial iqtisadi inkişafın proqnozlaşdırılması” kitabının təqdimatı keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31