SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “2 Fevral Gənclər Günü”nə həsr olunmuş bilik yarışları keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində “2 Fevral Gənclər Günü”nə həsr olunmuş  bilik yarışları keçirilib-FOTO
25-01-2019, 16:38

Naxçıvan Dövlət Universitetində “2 Fevral Gənclər Günü”nə həsr olunmuş Nə? Harada? Nə zaman? adlı intellektual yarışı və voleybol yarışı təşkil olunub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Gənclər gününün Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunduğunu dilə gətirərək əlamətdar gün münasibəti ilə tələbələri təbrik edib və yarışma iştirakçılarına uğurlar arzulayıb.
Qiyabi və əlavə təhsil alan tələbələrin iştirak etdiyi yarış 10 komandadan ibarət olub. Yarışın qaydalarına əsaən hər suala 1 dəqiqə vaxt ayrılıb. Bir mərhələli yarışda tələbələr 25 sual əsasında dünyagörüşü biliklərini sınayıblar.
Tarix- filologiya və Pedaqoji fakültənin tələbələri yarışın qalibi olub. Qalib komandalara diplomlar təqdim olunub.
Universitetin İdman Kompleksində qiyabi və əlavə ali təhsil alan İqtisad və Pedaqoji fakültələrin tələbələri arasında voleybol yarışı baş tutub. Rektorluq və müəllim heyəti yarışın gedişini izləyiblər. Qızğın gedən yarışın sonunda Pedaqoji fakültənin komandası qalib gəlib.
Naxçıvan Dövlət Universitetində “2 Fevral Gənclər Günü”nə həsr olunmuş  bilik yarışları keçirilib-FOTONaxçıvan Dövlət Universitetində “2 Fevral Gənclər Günü”nə həsr olunmuş  bilik yarışları keçirilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930