SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub -FOTO

Naxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub -FOTO
25-01-2019, 11:19

Naxçıvan Dövlət Universitetində “2 Fevral - Gənclər Gününə həsr olunmuş istedadlı tələbələrin əl işlərindən ibarət sərgi keçirilib. İncəsənət fakültəsinin sərgi salonunda 30–a yaxın rəsm əsəri nümayiş olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbə-gənclərin istedadlarının üzə çıxarılmasına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir.
Sərgidən sonra universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən konfransda çıxış edən rektor bildirib ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirildiyini nəzərə alaraq Ümummili Liderimiz Heydər əliyev 1 fevral 1997-ci ildə “2 fevral-Azərbaycan Gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Rektor gəncləri bayram günü münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Tələbə Gənclər Təşkilatının sədri, İnformatika kafedrasının müəllimi Zümrüd Səfərova 2018-ci il 31 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 nəfər gənc arasında öz adının olmasını ümumən muxtar respublika gəncliyinə verilən dəyərli töhfə kimi dəyərləndirib. Vurğulanıb ki, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsində Naxçıvan Dövlət Universiteti TGT-nın qalib olması bu istiqamətdə formalaşan münbit şəraitin bəhrəsidir.
Bədən tərbiyəsi və idman ixtisasının qiyabi şöbə üzrə V kurs tələbəsi Əhməd Əhmədov tələbə -gənclərə göstərilən dövlət dəstəyindən danışıb.
Sonda əlamətdar tarixi gün münasibətilə universitetin ictimai həyatında, müxtəlif bilik yarışmalarında, idman sahəsində fərqlənən bir qrup tələbə mükafatlandırılıb.
Naxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub -FOTONaxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub -FOTONaxçıvan Dövlət Universitetində Gənclər günü qeyd olunub -FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031