SON DƏQİQƏ

14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb

14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb

14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb

14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub

14:30 - 31 martda soyqırımına məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb-FOTO

14:25 - Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”

14:22 - XİN: "Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır"

14:20 - Rəsmi Bakı: "Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"

14:18 - Ayxan Hacızadə: "Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır"

14:15 - İshak Hersoq: “İsrail Azərbaycanla münasibətlərin inkişafına önəm verir”

14:10 - Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb

14:07 - Azərbaycan XİN Nikol Paşinyana cavab verib

14:05 - Azərbaycanın XİN başçısı İsrail Prezidenti ilə çoxtərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb - FOTO, YENİLƏNİB

14:00 - Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib-FOTO

13:55 - Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTO

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTO
19-12-2019, 20:12

Dekabrın 19-da Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyəti və “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi Bəhruz Kəngərli Muzeyində olublar.
İnstitutunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muzeylə tanışlıq zamanı məlumat verilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Realist rəssam Bəhruz Kəngərlinin ömür yolu, ölməz sənəti haqqında ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycanın görkəmli rəssamı Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində doğulmuş, 1922-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir. 30 il ömür sürən Bəhruz Kəngərli zəngin irs qoyub. O, qısa yaradıcılıq fəaliyyəti ilə 2 minə qədər rəsm əsəri yaradıb. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Azərbaycan boyakarlığında realizmin əsasını qoyan Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən qaynaqlanır.
Diqqətə çatdırılıb ki, realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssamın yaradıcılığına yüksək dövlət qayğısının növbəti bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən, Naxçıvan şəhərinin İstiqlal küçəsində Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılmış və burada rəssamın abidəsi ucaldılmışdır.
Məlum olmuşdur ki, muzeydə nümayiş etdirilən eksponatlar sırasında həmçinin, Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri vardır.
“Muzey günləri” çərçivəsində baş tutan bu tanışlıq zamanı institut əməkdaşları və tələbələri görkəmli rəssamın həyat və yaradıcılığına, ümumilikdə XIX-XX əsr Azərbaycan incəsənəti və rəssamlıq sənətinə dair zəngin məlumatlar əldə etmişlər.


Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTONaxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları  və tələbələri Bəhruz Kəngərli Muzeyində olublar-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031