SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib

Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib
19-12-2019, 19:28

19 dekabr 2019-cu il tarixdə Naxçıvan şəhər 5 №-li tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov, Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev, Yazıçılar Birliyinin üzvləri Zeyqəm Məhərrəmov, Elxan Məmmədov və filologiya üzrə fəlsəfə doktoru, yazıçı Leyla Səfərova çıxış edərək bildirmişlər ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən muxtar respublikada bir sıra mədəni-kütləvi tədbirlər keçirilir. Bu günki bədii qiraət üzrə müsabiqə də məhz həmin Tədbirlər Planına əsasən keçirilir. Həmçinin qeyd edilmişdir ki, müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinin qeyd edilməsi, yenieyetmələrdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldiləməsi, onlara vətəndaşlıq hisslərinin aşılanması, istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır. Natiqlər yeniyetmələri keçirilən müsabiqələrdə fəal iştirak etməyə çağırmış və iştirakçılara uğurlar arzulamışlar. Müsabiqədə rayon (şəhər) birinciliklərində I və II yerləri tutmuş şagirdlər, Heydər Əliyev adına tam orta məktəbindən, Naxçıvan Qarnizonu tam orta məktəbindən, Naxçıvan Qızlar Liseyindən, Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydən 2 nəfər şagird, həmçinin, Heydər Əliyev adına Hərbi Liseydən 2 nəfər kursant olmaqla 26 nəfər şagird və kursant Azərbaycana, həmçinin Naxçıvana aid şeirləri qiraət etmişlər. Sonda münsiflər heyətinin qərarına əsasən Ordubad rayon Gənzə kənd tam orta məktəbin şagirdi Abdinov Əli I yerə, Heydər Əliyev adına tam orta məktəbin şagirdi Məmmədli Fatimə, Naxçıvan Qarnizonu tam orta məktəbin şagirdi Qasımova Əminəxatun II yerə, Naxçıvan Qızlar Liseyinin şagirdi İbrahimli Aysel, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Səfərov Orxan III yerə, Culfa rayon Xoşkeşin kənd tam orta məktəbin şagirdi Qurbanova Nərgiz, Şərur rayon Kurçülü kənd tam orta məktəbin şagirdi Hüseynova Aysu, Kəngərli rayon Xok kənd tam orta məktəbin şagirdi Məmmədova Sehri, Şahbuz rayon Ayrınc kənd tam orta məktəbin şagirdi Hüseynli Nuray, Sədərək kənd 1 №-li tam orta məktəbin şagirdi Yaqubzadə Aysun isə həvəsləndirici yerlərə layiq görülmüşlər. Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Müsabiqə Gənclər və İdman, Təhsil nazirliklərinin, Yazıçılar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilibMuxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib
Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib
Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib
Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında şeir müsabiqəsi keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31