SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib-FOTO

“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib-FOTO
7-12-2019, 18:03

“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib


Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Naxçıvan” Universitetində ümumtəhsil məktəblərinin müəllimləri, universitetin professor və müəllim heyətinin iştirakı ilə IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi olub.

Əvvəlcə “Naxçıvan” Universitetinin prorektoru Hüseyn Bağırsoylu  müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb. Müzakirələrin sonunda IX sinif Tarix dərsliyinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olacaq rəy və təkliflərin hazırlanacağını diqqətə çatdırıb.

        Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsinin bir vəzifə olaraq tapşırıldığını bildirib. Bu  məqsədlə muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılıb. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış rəy və təkliflərin muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələri davam etdirilir.

        Müzakirə zamanı iştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yaxşı hazırlandığını qeyd etməklə bərabər, bir sıra çatışmazlıqların da olduğunu bildiriblər. Dərslikdə xronoloji ardıcılığın gözlənilmədiyi, tarixi hadisələrin adının, vaxtının dəqiq verilmədiyi və ya fəqli verilməsi, həmçinin bəzi mətnlərin ağır və yorucu olması eyni zamanda Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında geniş məlumatların verilməməsi də qeyd edilib.

        Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.


“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib-FOTO“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib-FOTO
“Naxçıvan” Universitetində IX sinif Azərbaycan tarixi və Ümumi tarix dərsliklərinin müzakirəsi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31