SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda kurikulum islahatlarına dair ilk elmi jurnal nəşr olunub-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda   kurikulum  islahatlarına dair  ilk elmi jurnal nəşr olunub-FOTO
29-11-2019, 19:07

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında pedaqoji kadrların hazırlanması üzrə ixtisaslaşmış Naxçıvan Müəllimlər İnstitutunda “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” mövzusunda keçirilmiş respublika elmi-praktik konfransının materialları işıq üzü görmüşdür.

NMİ-nin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransın əsas məqsədi ölkənin ümumi təhsilində həyata keçirilən onbirillik kurikulum islahatlarının nəzəri-əməli dərkinə cəhd etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini müəyyən etmək, kurikulum məsələlərinin mənimsənilməsi və tətbiqi sahəsində elmi-əməli təcrübə mübadiləsini təmin etməkdən ibarət olmuşdur. Konfrans 2 gün müddətində əksəriyyəti Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin üzvləri, habelə gənc alimlər, doktorant və dissertantları olmaqla, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin rəhbərliyi və ümumtəhsil məktəblərinin müəllimlərinin, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Təşkilat Komitəsinə daxil olmuş yüzə yaxın məruzə dinlənilmiş və məruzəçilərə müvafiq sertifikatlar verilmişdir. Konfransın işi KİV-də geniş işıqlandırılmışdır. Artıq konfransın materialları Naxçıvan Müəllimlər İnstitutunun “Məktəb” nəşriyyatında toplu şəklində çap edilmişdir. Toplu nəşrə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayevin sədrliyi ilə Təşkilat Komitəsi tərəfindən hazırlanmışdır. Qeyd edək ki, respublika elmi-praktik konfransın materialları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub. Topluda 95 müəllifin 85 materialı plenar iclas və “Ümumi təhsildə kurikulum islahatlarının konseptual məsələləri”, “Şəxsiyyətyönümlü kurikulumların tətbiqi”, “Kurikulum islahatlarında qiymətləndirmə məsələləri”, “Müasir təlim metodları”, “Təbiət fənləri və müasir təlim texnologiyaları” və “Humanitar fənlər və müasir təlim texnologiyaları” adlı 7 bölmənin materialları kimi təsniflənmişdir. Toplu institutun rektoru Elbrus İsayevin “Müasir mərhələdə müəllim hazırlığı və qarşıda duran vəzifələr” adlı məruzəsinin materialı ilə açılır. Materialda ölkəmizdə və muxtariyyətinin 95 illiyini qeyd etdiyimiz muxtar respublikada elm və təhsil sahəsinə, xüsusən pedaqoji kadr hazırlığına dövlət qayğısı, gənc nəslin təlim-tərbiyəsi sahəsində aparılan genişmiqyaslı islahatlar, o cümlədən ümumi təhsildə kurikulum islahatlarının məqsəd və mahiyyəti təhlil olunur, əldə olunan nəticələr və perspektivlər ümumiləşdirilmiş şəkildə təqdim olunur.
Qeyd edək ki, toplunun tərtibi zamanı elm və ali təhsil işçiləri ilə ümumi təhsilin təşkilatçıları və müəllimlərinin məruzələrinin tezisləırinin yanaşı verilməsinə xüsusi diqqət yetirilmişdir. Bu konfransın əsas məqsədinə - kurikulum islahatlarının tətbiqi sahəsində elmi-əməli təcrübə mübadiləsinə xidmət edir. Topluda Naxçıvan Müəllimlər İnstitutundan 68, təhsil nazirliyi sistemində çalışanlardan 12, Naxçıvan Dövlət Universitetindən 5, “Naxçıvan” Universitetindən 1 məruzəçinin materialları nəşr edilərək pedaqoji ictimaiyyətin diqqətinə təqdim olunmuşdur. Hesab edirik ki, konfransın materiallarını təhsilimizdə reallaşdırılan onbirillik kurikulum islahatlarının nəticələrini ölkə miqyasında müasir elmin tələbləri səviyyəsində təhlilə cəlb edən ilk elmi-əməli cəhd kimi qiymətləndirmək olar.


Naxçıvan Müəllimlər İnstitutunda   kurikulum  islahatlarına dair  ilk elmi jurnal nəşr olunub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031