SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda seminar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda  seminar keçirilib
28-11-2019, 20:14

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublika Təhsil Nazirliyinin əməkdaşları və ümumtəhsil məktəblərinin bir qrup riyaziyyat müəllimlərinin iştirakı ilə “Ümumtəhsil məktəblərində riyaziyyat dərslərində fəal təlim metodları və üsullarının reallaşdırılması yolları” mövzusunda növbəti seminar keçirilmişdir.
İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarı giriş sözü ilə İnstitutun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov açaraq, seminarın məqsədini açıqlayıb qeyd etmişdir ki, müasir təhsil kurikulumlarının istiqamətlərindən biri tədris prosesində fəal təlim metodlarının tətbiqidir. Riyaziyyat dərslərində fəal təlim metodlarının tətbiqi imkanlarına toxunan Yaqub Məmmədov bu metod və üsulların riyaziyyat dərslərində tətbiqinin çox vacib olmasından, tədrisin keyfiyyətinin artırılmasında bu üsulların müsbət təsirindən danışdı.
Sonra İnstitutun baş müəllimi Tamara Baxşəliyeva “Müasir dərslərdə fəal təlim metodlarından istifadə yolları” mövzusunda geniş məruzə ilə çıxış etdi. Naxçıvan şəhər 12 saylı tam orta məktəbin müəllimi Gülxarə Tarverdiyeva və Naxçıvan Müəllimlər İnstitutunun Ali riyaziyyat və informatika kafedrasının müəllimi Səriyyə Qasımova yeni təlim metodlarının tətbiqi ilə bir nümunəvi dərs nümayiş etdilər.
Sonra seminar öz işini disskusiya şəklində yekunlaşdırdı.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031