SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub-FOTO

“Naxçıvan”  Universitetində “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub-FOTO
28-11-2019, 19:33

“Naxçıvan” Universitetində “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub. “Naxçıvan” Universitetinin mətbuat xidmətində NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Naxçıvan” Universitetində yeni yaradılmış Miniatür Tələbə Teatr Studiyasının təşkilatçılığı ilə “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub.
Kompozisiyasının nümayişi zamanı Məmməd Arazın, Məhəmmədhüseyn Şəhriyarın və digər ədiblərin şeirləri bədii qiraət edilib. Səhnələrdə şanlı Azərbaycan tarixinin keçdiyi yol və milli rəqslər nümayiş olunub.
Kompozisiyanın nümayiş olunmasında əsas məqsəd qədim Azərbaycan tarixində baş vermiş hadisələri səhnələşdirməklə tarixi keçmişimizin dünəninə, bu gününə nəzər salmaqdır. Kompezisiyada nümayiş olunan səhnələr içərisində daha çox tamaşaçıların diqqətini Ulu öndər Heydər Əliyev bağlı səhnə çəkmişdir.
Nümayişin sonunda çıxış edən universitetin təlim və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu ədəbi-bədii konpezisiyanın səhnələşdirilməsində zəhməti olan hər kəsə təşəkkür etmiş və yeni yaradılmış Miniatür Tələbə Teatr Studiyasına uğurlar azulayıb.
Qeyd edək ki, ədəbi-bədii kompozisiyasının ssenari rəhbəri və quruluşçu rejissoru Zakir Fətəliyevdir.


“Naxçıvan”  Universitetində “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub-FOTO“Naxçıvan”  Universitetində “Ayrılarmı könül candan” ədəbi-bədii kompozisiyası nümayiş olunub-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031