SON DƏQİQƏ

naxcivanxeberleri.com

Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO

Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO
22-11-2019, 18:03

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Büdcə təşkilatlarında xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusunda görüşü keçirilib.
“Naxçıvan” Üniversitetinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Sonra “Büdcə təşkilatlarında xəzinə əməliyyatlarının aparılması qaydaları” mövzusu ilə bağlı Maliyyə Nazirliyinin əməkdaşı Ülvi Cəfərovun məruzəsi dinlənilib. Məruzə zamanı xəzinədarlıq haqqında ümumi məlumat verilərək ilkin xəzinə sənədlərinin yoxlanılması qaydaları və xərc əməliyyatlarının aparılması mərhələləri tələbələrə ətraflı şəkildə izah olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO
Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO
Maliyyə Nazirliyinin əməkdaşları “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031