SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri mükafatlandırılıb-FOTO

Naxçıvan Müəllimlər İnstitutunun tələbələri mükafatlandırılıb-FOTO
19-11-2019, 19:10

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respubilkası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən respublika idman yarışlarında və 10-17 noyabr “Beynəlxalq Tələbə-Gənclər Həftəsi” ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsissələrinin tələbələri arasında keçirilən yarışların müxtəlif növlərində qalib olmuş tələbələrlə görüş keçirilmişdir.
İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, İnstitutun rektoru Elbrus İsayev görüşdə çıxış edərək bildirib ki, 1996-cı ildən etibarən hər il noyabrın 10-17-də ölkəmizdə Beynəlxalq Tələbə-Gənclər Həftəsi kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənc nəslə qayğını həmişə ön plana çəkmiş, gənclərin əsl himayədarı olmaqla, onların sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrində fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb.
Azərbaycan gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran müdrik rəhbər müstəqillik illərində dövlət gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə çox mühüm sənədlər imzalamışdır. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Vurğulanıb ki, bu günədək Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti uğurla davam etdirilir. Muxtar Respublikamızda son illərdə gənc nəslin, tələbə-gənclərin sağlam, vətənpərvərlik, milli dəyərlərə bağlılıq ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması, dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar diyarda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəsissələrində təhsil alan tələbə-gənclərin vətənpərvərlik ruhunda yetişib formalaşmasında, maddi rifah halının yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilir.
İnstitutun Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseynli çıxışında qeyd edib ki, bu gün muxtar respublikanın ali və orta ixtisas təhsili müəsissələrində 10 minə yaxın gənc təhsil alır. Naxçıvan MR-da aparılan gənclər siyasətinin nəticəsidir ki, Naxçıvanlı tələbə-gənclərinin səsi dünyanın tanınmış universitetlərindən gəlir. İnstitutumuzun tələbə gəncləri “10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsi”nin qeyd olunması ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəsissələrinin tələbələri arasında keçirilən yarışlarda iştirak etmiş, mükafata layiq yerlər tutmuşlar. “Naxçıvanda gənc olmaq” mövzusunda məqalə yarışmasında və “Təbiətsevər” yarışmasında qalib olaraq I yeri qazanmışıq, “Vətənpərvər” qısametrajlı film yarışında institutun komandası ikinci olub. “Muxtar Respublikanın ən fəal Tələbə Gənclər Təşkilatı” adına layiq görülmüşük. Stolüstü tennis üzrə birincilikdə qızlar arasında Günay Bağırova III yeri qazanıb.Yüngül atletikanın kross qaçışı üzrə birincilikdə oğlanlar arasında 2 tələbəmiz finiş xəttinə ilk beşlikdə gələrək mükafat layiq görülmüşlər. Tələbə gənclərimizin elm, incəsənət, idman və digər sahələrdə qazanılan nailiyyətlərlə yanaşı, həm də dövlətçilik ənənələrini daim uca tutmaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət rurhunda böyümək kimi müqəddəs vəzifələr durur.
Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Yaqubov Taleh Rəsul oğlu “VMH” poliatlon çoxnövçülüyü üzrə 2019-cu ilin noyabr ayında Xaçmaz şəhərində keçirilən Azərbaycan ölkə çempionatının final mərhələsində şəhər komandaları arasında və qumbara atma (54 metr) yarışmalarında qalib gələrək I yeri tutmuş və Respublika çempionu adına layiq görülmüşdür.
Sonda institutun rektoru tələbələri təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.


Naxçıvan Müəllimlər İnstitutunun tələbələri mükafatlandırılıb-FOTONaxçıvan Müəllimlər İnstitutunun tələbələri mükafatlandırılıb-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun tələbələri mükafatlandırılıb-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun tələbələri mükafatlandırılıb-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031