SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universiteti “Startap Naxçıvan” hərakatındakı fəallığını davam etdirir

“Naxçıvan” Universiteti  “Startap Naxçıvan” hərakatındakı fəallığını davam etdirir
14-11-2019, 16:10

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Startapla bağlı növbəti tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin müəllimi Şamil Hümbətov bildirib ki, “Startap Naxçıvan” hərəkatı istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır.
Daha sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri Hüseyn Əsgərli “Startup.nakhchivan.az” internet portalının texniki imkanları barədə tələbələrə geniş məlumat verib.
Bildirb ki, portal, ümumilikdə, 20 moduldan və 9 verilənlər bazasından ibarətdir. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri nəzərdə tutulub. Burada qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb.

Sonda tələbləri maraqlandıran suallar cavablandırılıb və təkliflər səsləndirilib.


“Naxçıvan” Universiteti  “Startap Naxçıvan” hərakatındakı fəallığını davam etdirir
“Naxçıvan” Universiteti  “Startap Naxçıvan” hərakatındakı fəallığını davam etdirir
“Naxçıvan” Universiteti  “Startap Naxçıvan” hərakatındakı fəallığını davam etdirir

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031