SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun professoru beynəlxalq konfransda iştirak edib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunun professoru beynəlxalq konfransda iştirak edib-FOTO
8-11-2019, 20:30

AMEA Riyaziyyat və Mexanika İnstitutunun 60-illik yubileyinə həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans keşirilmişdir.
NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev açaraq, institutun yaranma tarixinə nəzər salaraq uğurlarını qeyd etmiş və kollektivi yubiley münasibətilə təbrik etmişdir. Dilqəm müəllim öz çıxışında AMEA institutları arasında Web of science bazasına daxil olan jurnallardan ikisinin Riyaziyyat və Mexanika İnstitutunda çap olunmasını və bunun böyük bir uğur olduğunu xüsusilə vurğulamışdır.
Beynəlxalq konfransda ABŞ-dan 4, Ukraynadan 2, Rusiyadan 10, Meksikadan 1, İtalyadan 2, Çilidən 1, Səudiyyə Ərəbistanından 1, Türkiyədən 12, İran İslam Respublikasından 3, Gürcüstandan 1, İngiltərədən 2, Almanyadan 1 və İsraildən 1 nəfər olmaqla 41 nəfər xarici tədqiqatçılar iştirak edib.
Beynəlxalq konfransda Naxçıvan Müəllimlər İnstitutunun Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədovun “ Dankl operatoru ilə bağlı Orliç fəzasında kəsr-maksimal operatorun komutatorunun xarakteristikası” mövzusunda məruzəsi maraqla dinlənilmişdir.
Konfransın materiallarında Naxçıvan Müəllimlər İnstitutunun “Riyaziyyat və tədrisi metodikası” və “Ali riyaziyyat və informatika” kafedralarının əməkdaşlarından dosent İbrahim Rüstəmov, dosent Məftun İsmayılov, Vüqar Həmzəyev, dosent Sahib Əliyev və dosent Elşad Ağayevin tezisləri öz əksini tapmışdır.


Naxçıvan Müəllimlər İnstitutunun professoru beynəlxalq konfransda iştirak edib-FOTONaxçıvan Müəllimlər İnstitutunun professoru beynəlxalq konfransda iştirak edib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunun professoru beynəlxalq konfransda iştirak edib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930