SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər məktəblilərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub

Naxçıvan şəhər məktəblilərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub
7-11-2019, 22:46

7 noyabr 2019-cu il tarixdə “9 noyabr-Dövlət Bayrağı Günü” münasibətilə Naxçıvan şəhər məktəblilərinin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak etmişdir. Dövlət Bayrağı Muzeyinin bələdçisi bildirmişdir ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış və Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmışdır. Şagirdlərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan zərbxanalarında kəsilmiş sikkələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilmişdir. Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılmışdır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930