SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTO
7-11-2019, 19:27

7 noyabr 2019-cu il tarixdə Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin baş məsləhətçisi İlahə Haqverdiyeva, “Optimal” Qrup MMC-nin direktoru Murad Rüstəmov, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova təlimin mahiyyəti haqqında məlumat verərək bildirmişlər ki, bu gün gənclərinin ictimai fəallığının artırılması, onların təhsil, beynəlxalq və sosial proqramlarda iştirakının stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Gənclər də keçirilən tədbirlərdə öz fəallıqları ilə seçilirlər. Keçirilən təlimin də məqsədi məhz gənclərdə özünəinam hissinin formalaşdırılması və gənclərin zəngin dünyagörüşünə, dünyəvi biliklərə malik güclü şəxsiyyət kimi yetişdirilməsidir. Sonra “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva slaydlar vasitəsilə çıxış edərək bildirmişdir ki, özünə inam hissi insanın özünə güvənməsi, sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Özünə inam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur və formalaşır. Yaşadığı mühitin və cəmiyyət insanda özünəinam hissinin formalaşmasında mühüm rol oynayır. Daha sonra “Özgüvən nədir?”, “Özgüvəni neçə artırmalı?”, “Özünə inam hissini yenidən neçə qazana bilərik?” mövzularında gənclərlə birlikdə müzakirələr aparılmışdır. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır. Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal” Qrup MMC-nin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 80 nəfər gənc iştirak etmişdir.

Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTONaxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTO
Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTO
Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTO
Naxçıvan Dövlət Universitetində gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930