SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda müəllimlərin işə qəbulu üçün müsabiqə elan edilib

Naxçıvanda müəllimlərin  işə qəbulu üçün müsabiqə elan edilib
6-11-2019, 10:19

Dövlət ümumi təhsil müəssisələrinin savadlı, zəruri bilik və bacarıqlara, eləcə də peşə hazırlığına malik kadrlarla təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərin davamı kimi 6 noyabr 2019-cu il tarixdə müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün yeni müsabiqə elan edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqəyə 229 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (55 yer), Ordubad rayonu (49 yer), Şahbuz rayonu (37 yer), Babək rayonu (24 yer) üzrədir. Vakant vəzifələr sırasında Coğrafiya (44 yer), İngilis dili (29 yer), İbtidai sinif müəllimliyi (22 yer), Biologiya (21 yer) və Kimya (21 yer) ixtisasları üstünlük təşkil edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 6 noyabr-6 dekabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında ([url=http://]www.dqmk.nmr.az[/url]) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almaqla bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələ bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.

Maraqlananlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.


Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031