SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Xəmsə” Milli İntellektual Oyununun Şahbuz rayon birinciliyi keçirilib-FOTO

“Xəmsə” Milli İntellektual Oyununun Şahbuz rayon birinciliyi keçirilib-FOTO
5-11-2019, 20:32

5 noyabr 2019-cu il tarixdə “Araz” kino teatrında yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyununun Şahbuz rayon birinciliyi keçirilmişdir. NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və YAP Şahbuz rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkil etdiyi oyunda 8 komanda iştirak etmişdir. Gərgin keçən mübarizə nəticəsində Şahbuz şəhər 1 №-li tam orta məktəbin komandası I yerin, Kolanı kənd tam orta məktəbin komandası II yerin, Sələsüz kənd tam orta məktəbinin komandası III yerin qalibi olmuşdur. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunmuşdur.

“Xəmsə” Milli İntellektual Oyununun Şahbuz rayon birinciliyi keçirilib-FOTO
“Xəmsə” Milli İntellektual Oyununun Şahbuz rayon birinciliyi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930