SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “İsmayıl Şıxlı-100” adlı elmi konfrans keçirilib-FOTO

“Naxçıvan” Universitetində “İsmayıl Şıxlı-100” adlı elmi konfrans keçirilib-FOTO
1-11-2019, 15:20

“Naxçıvan” Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş “İsmayıl Şıxlı-100” adlı elmi konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu Xalq yazıçısı İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışıb.

Daha sonra universitetin müəllimləri, dosent Əli Həşimli “ İsmayıl Şıxlının ömür və həyat yolu”, dosent İman Cəfərov “Azərbaycan memuar ədəbiyyatı və İ.Şıxlı yaradıcılığı”,professor Sədaqət Həsənova “ İsmayıl Şıxlı və ədəbi dilimiz”,dosent Qənirə Əsgərova “ İsmayıl Şıxlının yaradıcılığında antiteza” mövzularında məruzə ilə çıxış ediblər.

Qeyd edilib ki, XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaradıb. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab olunur. Yazıçının xalq yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir.

Sonda Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını əks etdirən slayd nümayiş olunub.


“Naxçıvan” Universitetində “İsmayıl Şıxlı-100” adlı elmi konfrans keçirilib-FOTO
“Naxçıvan” Universitetində “İsmayıl Şıxlı-100” adlı elmi konfrans keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930