SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Babək rayon birinciliyi keçirilib-FOTO

Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Babək rayon birinciliyi keçirilib-FOTO
22-10-2019, 20:35

22 oktyabr 2019-cu il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Babək rayon birinciliyi keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, oyunun keçirilməsində əsas məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların vaxtlarının maraqlı və səmərəli təşkil edilməsini təmin etmək, məktəblilərin intellektual bacarıqlarının inkişafına kömək etməkdir. İntellektual oyunun rayon birinciliyində hər komandada 5 nəfər olmaqla 12 məktəbdən ümumilikdə, 60 şagird iştirak etmişdir. Gərgin və maraqlı keçən oyunda Hacıvar kənd tam orta məktəbin komandası I yerin qalibi olub. Babək qəsəbə 1 nömrəli və Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandaları isə ardıcıl olaraq II və III yerdə qərarlaşıblar. Sonda qaliblər idarənin diplom və kubokları ilə mükafatlandırılıblar. Qeyd edək ki, qalib olmuş komanda noyabr ayında keçiriləcək muxtar respublika birinciliyində Babək rayonunu təmsil edəcəkdir.


Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Babək rayon birinciliyi keçirilib-FOTO
Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Babək rayon birinciliyi keçirilib-FOTO
Yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə Babək rayon birinciliyi keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930