SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO

“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
18-10-2019, 18:35

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər Eynəli Sultanov adına 7№ tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində ilk təlim keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 70-dən çox məktəblinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Aygün Hüseynova təlimin əhəmiyyəti barədə məlumat verib.
Sonra tədbirin mahiyyəti və aktuallığı barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru i.ü.f.d. Sevinc Cabbarova məlumat verib.
Növbəti mərhələdə isə slaydlar vasitəsi ilə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının və hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin baş məsləhətçisi Xəlil Vəlizadə çıxış edib, interaktiv hissəsində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılıb. Məktəblilərin təqdimatı dinlənilib və səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılıb. Bu mərhələdə 3 komanda iştirak edib.İnteraktiv mərhələdən sonra fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
“Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.

“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO
“Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930