SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazirlik: Modul tipli məktəblərin sayı artırılır

Nazirlik: Modul tipli məktəblərin sayı artırılır
18-10-2019, 17:30

Bu il 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 20-si artıq quraşdırılıb, 30-nun isə tikinti-quraşdırılma işləri davam etdirilir.

2017-ci ildə 106, 2018-ci ildə isə 137 modul tipli məktəb istifadəyə verilib.

Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması və sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930