SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"

Təhsil naziri: "Xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur"
17-10-2019, 12:41

"Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə razılaşdırılma olacaq: "Hesab edirik ki, bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdləri üçün dərsliklərin həftəlik dərs yükü çoxdur. Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük. Hesab edirəm ki, bu, dərsliklərin daha yaxşı qalmasına xidmət edəcək".

Nazir xatırladıb ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulur: "Şagird sayının dəyişməsi ilə bağlı əlavə nəşrlər də çap edilir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031