SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində seminar keçirilib

AMEA Naxçıvan Bölməsində seminar keçirilib
16-10-2019, 14:35

AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Müasir zaman və elektron kitabxanalar” mövzusunda elmi seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindənNAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri Kitabxananın direktoru Sahab Əliyeva açaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaradılan elektron kitabxanaların rolundan danışıb.

O, Prezident İlham Əliyevin “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli Sərəncamını xatırladıb. Azərbaycanda kitabxanalarının elektronlaşması, inkişaf etmiş dünya kitabxanaları sırasına qatılması və ölkə ədəbiyyatının virtual kitabxanasının yaranmasında sözügedən sərəncamın əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və kitabxanaların elektronlaşdırılması üçün atılan məqsədyönlü addımlardan söz açan Sahab Əliyeva bu diyarda müasir tələblərə uyğun kitabxanaların fəaliyyəti üçün yaradılan geniş imkanlardan bəhs edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verərək bildirib ki, bölmənin elektron kitabxanası 2013-cü il sentyabrın 4-də yaradılıb və həmin ildə kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq oxucuların ixtiyarına verilib.
Diqqətə çatdırılıb ki, hazırda bölmə kitabxanasında inventar sayı 37039 ədəd təşkil edən 15475 adda kitab elektron kataloqlaşdırılıb. 1780 kitabın elektron versiyası hazırlanıb internetdə və ya lokal şəbəkədə yerləşdirilib.
Tədbirdə Elmi Kitabxananın baş kitabxanaçısı Nuridə Kəngərli “Kitabxanalarda həyata keçirilən elektronlaşma prosesləri” və fond müdiri Kəmalə Quliyeva “Elektron kitabxanaların cəmiyyətdə rolu” mövzusunda çıxışları dinlənilib.


AMEA Naxçıvan Bölməsində seminar keçirilib
AMEA Naxçıvan Bölməsində seminar keçirilib
AMEA Naxçıvan Bölməsində seminar keçirilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930