SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Taix Muzeyində açıq dərs keçirilib-FOTO

Naxçıvan Dövlət Taix Muzeyində açıq dərs keçirilib-FOTO
15-10-2019, 18:25

Oktyabr ayının 15-də Naxçıvan Dövlət Tarix Muzeyində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda Naxçıvan şəhər 1№-li, 2№-li, 3№-li və 4№-li tam orta məktəblərin müəllim və şagirdlərinin iştirakı ilə açıq dərs keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, dərsi giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov açaraq təhsil müəssisələri ilə muzeylərin birgə işinin və son illərdə muzeylərdə keçirilən açıq dərslərin məktəblilərin dünyagörüşünün formalaşması sahəsindəki rolunu qeyd etmişdir.
Sonra Naxçıvan şəhər 1№-li tam orta məktəbin tarix müəllimi Cəfərova Nərminə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda açıq dərsi aparmışdır. O, qeyd etmişdir ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. 1990-cı il noyabr ayının 17-də keçirilən Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla da Ümummilli Liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. O, həmçinin qeyd etmişdir ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Sonda məktəblilər muzeyin ekspozisiyası ilə yaxından tanış olmuş və ekspozisiyada Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illiyinə həsr olunan sərgiyə tamaşa etmişlər.



Naxçıvan Dövlət Taix Muzeyində açıq dərs keçirilib-FOTO
Naxçıvan Dövlət Taix Muzeyində açıq dərs keçirilib-FOTO
Naxçıvan Dövlət Taix Muzeyində açıq dərs keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30