SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda fərdi təhsilə cəlb olunan şagirdlərin sayı açıqlanıb

Bakıda fərdi təhsilə cəlb olunan şagirdlərin sayı açıqlanıb
15-10-2019, 12:41

2019-2020-ci tədris ilində Bakı şəhərində 4 məktəbin (138, 202, 220, 252) nəzdində ibtidai sinif səviyyəsi üzrə inklüziv təhsilə cəlb olunan uşaqların sayı 64 nəfərə çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu il fərdi təhsillə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ümumilikdə, 23 nəfər müraciət edib: "Müraciətlərdən 20-si müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilə cəlb edilməsi, 2-si yaşayış yerlərini dəyişdiyinə görə, 1-i isə fərdi təhsil sinifindən ümumi təhsil sinfinə keçirilmə ilə əlaqədardır. Hazırda müvafiq qaydalara uyğun olaraq fərdi təhsil üzrə 16 nəfər 1-ci sinfə cəlb olunub".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2021    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031