SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayon ümumtəhsil məktəblərində məktəbdaxili şahmat yarışları keçirilib

Kəngərli rayon ümumtəhsil məktəblərində məktəbdaxili şahmat yarışları keçirilib
14-10-2019, 21:05

14 oktyabr 2019-cu il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “18 Oktyabr – Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş məktəbdaxili şahmat yarışları keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, keçirilən yarışlarda 1991-ci ildə Azərbaycan xalqının yenidən, ikinci dəfə qazandığı müstəqillik və bu yolda apardığı mübarizədən söhbət açılıb. Bildirilib ki, qazandığımız dövlət müstəqilliyi süquta uğramaq təhlükəsi ilə üz-üzə qalanda, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olub. Vurğulanıb ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 18 Oktyabr Dövlət Müstəqilliyi Günü ulu öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli fərmanı ilə hər il qeyd edilir.
Yarışlarda ümumilikdə 193 məktəbli iştirak edib. Yarışın sonunda qaliblər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930