SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib
10-10-2019, 11:50

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən şəxslər 10 oktyabr-10 noyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsabiqəyə 27 vakant vəzifə çıxarılmışdır. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Müsabiqədə yaşı 30-dək olan magistr təhsilini başa vurmuş və ya magistraturanın ikinci kursunda təhsil alan şəxslərin iştirakı məqsədəuyğundur. Həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar və səhhəti ilə əlaqədar möhlət hüququ olanlar istisna olmaqla) müsabiqəyə buraxılmır.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gəlməklə müraciət edə bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.
Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya dqmk@nakhchivan.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031