SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb
10-10-2019, 11:00

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafıq göstəricisi çap olunub.

Bölmənin Elmi-təşkilat şöbəsində tərtib edilən biblioqrafiyada qurum əməkdaşlarının ölkəmizdə və xaricdə işıq üzü görən monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilən məqalələri, tərcümələri, o cümlədən internet resursları verilib.
“Köməkçi göstəricilər” adlı bölmədə əsər başlıqları, müəlliflərin əlifba göstəriciləri yer alıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd edək ki, 2018-ci ildə əməkdaşların 23 monoqrafiyası, 15 kitab, 4 kitabça, 3 metodik vəsait, 768 elmi məqalə, 7 tezis olmaqla 820 elmi əsəri nəşr edilib. 498 elmi məqalə beynəlxalq kodlu nüfuzlu jurnallarda çapdan çıxıb.

Biblioqrafik göstəricidə 843 mənbə əksini tapıb ki, onlardan 39-u kitab və monoqrafiya, 663-ü məqalədir (162-sı xaricdə). Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda dərc olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031