SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda Ali təhsil ocağında respublika elmi konfransı keçirilib

Naxçıvanda Ali təhsil ocağında respublika elmi konfransı keçirilib
9-10-2019, 11:36

Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kimya elminin malik olduğu sahələr haqda danışıb.

Ökəmizdə kimya elminin inkişaf etdiyini, son illər qazanlan uğurlar haqda ətraflı məlumat verilib. Rektor konfransın işinə uğurlar arzulayıb.
Bəzi aminturşular və onların qarışıq funksiyaları törəmələrinin əsasında “birləşmənin quruluşu – inhibitor effekti” asılılığının tədiqiqi adlı çıxışında Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Tofiq Əliyev korroziya proseslərindən danışaraq qeyd edib ki, əksər metallar, korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır ki, bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır. Bildirilib ki, təxmini statistik hesablamalara görə hər il dünya miqyasında istehsal olunan metal və ərintilərinin təxminən 8-12 %-i karroziya nəticəsində itgiyə gedir ki, bu da milyardlarla dolların itirilməsi deməkdir. Korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışan professor inhibitorların tətbiqinə əsaslanan daha əlverişli üsulu qeyd edib. Belə ki, bu üsuldan istifadə etdikdə mövcud texnoloji sistemdə heç bir dəyişikliyə ehtiyac olmur.

Fizika üzrə elmlər doktoru, professor, AMEA Fizika İnstitutu İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və türk sənəti” adlı çıxışında təbiətdə mövcud olan bərk maddənin amorf və kristallik adlı iki halından danışıb. Qeyd edilib ki, bəlli bir formaya sahib olmayan amorf maddələrdən fərqli olaraq, kristallar isə mükəmməl həndəsi formalara malik olaraq bir cox hallarda təmizlik, gözəllik və mükəmmıllik simvolu kimi tanimlanir. Vurğulanıb ki, amorf maddələrə örnək kimi şüşə və plasması, ikincilərə isə xörək duzu, şəkər, almaz və sair maddələrin kristallarını göstərmək olar. Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Həm də bizim üçün çox qürurvericidir ki, kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz Azerbaycanın Marağa şəhərindəki octaqonal prizma formalı Gunbad-i Kabud məqrəbəsinin divarlarını bəzəyir.
Konfransın plenar iclasında suallar cavablandırılıb, təkliflər dəyərləndirilib.

Konfrans Qeyri-üzvi kimya və qeyri-üzvi materialşünaslığın aktual məsələləri, Fiziki, kolloid və analitik kimyanın müasir problemləri, Üzvi, neft və yüksək molekullu birləşmələr kimyasının uğurları, Kimyanın tədrisinə yeni yanaşmalar adlı 4 bölmədə davam edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031