SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsində “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib-FOTO

Naxçıvan Bölməsində “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib-FOTO
7-10-2019, 16:30

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Dövlət Universitetinin Fizika ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev seminarın keçirilməsinin aktuallığı barədə məlumat verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 3 aprel 2019-cu il tarixində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamını xatırladıb. Qeyd olunub ki, sərəncamdan irəli gələn əsas vəzifələrdən biri Naxçıvan Muxtar Respublika ərazisindəki Ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir.
Daha sonar Qulu Həziyev “Fizikanın və astronomiyanın müasir problemləri”, kiçik elmi işçilər Vəfa Qafarova “Kainatda qara çuxurlar” və Türkan Məmmədova “Müasir yerürüstü optik teleskoplar” mövzusunda çıxış ediblər.
Rəsədxana əməkdaşları həm fizikanın həm də astronomiyanın ən maraqlı və aktual mövzuları haqqında video-materiallardan istifadə etməklə seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Sonda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Naxçıvan Bölməsində “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib-FOTO
Naxçıvan Bölməsində “Fizikanın və astronomiyanın müasir problemləri” mövzusunda elmi seminar keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031