SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda beynəlxalq müəllimlər günü qeyd olunub

Naxçıvan Müəllimlər İnstitutunda beynəlxalq müəllimlər günü  qeyd olunub
4-10-2019, 19:04

Bugün Naxçıvan Müəllimlər İnstitutunda 5 oktyabr müəllimlər gününə həsr edilmiş tədbir keçirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə institutun rektoru dosent Elbrus İsayev açaraq şərəfli müəllim adından, müəllimlik peşəsinin tarixindən söz açdı. Müəllimlərə göstərilən dövlət qayğısından danışarkən rektor yeni tədris ilində əməkdaşların əməkhaqlarının artırılması istiqamətində atılan addımlara görə minnətdarlıq bildirmişdir. Qeyd olunmuşdur ki, müasir müəllimin hərtərəfli inkişafı üçün hər cür maddi-texniki və qanunvericilik imkanları yaradılmışdır. Hər il ali məktəblərə qəbul imtahanının nəticələri və ali təhsil müəsissələrinin nüfuzunun gücləndirilməsi istiqamətində əldə edilmiş nəticələr təsdiq edir ki, Naxçıvan Muxtar Respublikasında təhsil islahatları uğurla davam etdirilir. Bütün bu nailiyyətlər müəllim məsuliyyətini daim artırmalı, göstərilən etimada uyğun daha innovativ metodlara üstünlük verməliyik.

Dillər və Ədəbiyyat kafedrasının müdiri Akif İmanlı çıxışında dövlətimizdə müəllimə verilən dəyərdən, müəllimlərə göstərilən qayğıdan danışdı. İnstitututun gənc müəlliməsi Ayşə Seyidova öz çıxışında institutda gənc müəllimlər üçün yaradılmış şəraiti vurğulamış və bir gənc müəllimə kimi yeni yaradılmış ingilis dili ixtisasında təhsil alan tələbələrin təhsilində əzmlə fəaliyyət göstərəcəklərini qeyd etmişdir.
Daha sonra isə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya və konsert proqramı nümayiş etdirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031