SON DƏQİQƏ

10:41 - Prezident: "Bu enerji təchizatımızın davamlı şaxələndirilməsinə hazırıq"

10:37 - Azərbaycan neftinin qiyməti aşağı düşüb

10:30 - Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq"

10:27 - Dövlət başçısı: "Enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir"

10:24 - Prezident: "Bu görüş Rumıniyanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərə verdiyi əhəmiyyəti nümayiş etdirir"

10:21 - İlham Əliyev: "Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakı göstərir ki, biz enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetiririk"

10:16 - “Sosiallıq Dairəsi” layihəsi çərçivəsində faəliyyətlərin icrasına başlanılıb-FOTO

10:07 - Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edir-FOTO,CANLI

10:00 - Macarıstanın xarici işlər nazirinın Azərbaycana səfəri başlayıb-FOTO

09:52 - Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus üç avtomobilin maneəsiz hərəkətinə şərait yaradılıb

09:44 - Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.02.2023)

09:32 - Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.02.2023)

09:21 - Türkiyədə avtobus qəzaya uğrayıb, azərbaycanlı ağır yaralanıb-FOTO

09:12 - Xankəndi-Laçın yolundakı aksiyanın 54-cü günü: ekofəallar dəyişməz etirazlarını davam etdirir

09:00 - Muxtar respublikada ötən il 400-ə yaxın elektron imza sertifikatı verilib-FOTO

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib
23-09-2019, 12:30

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan İsmayıl Hacıyev Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə isə Fondun Nizamnaməsinin təsdiq edildiyini bildirib. Qeyd edib ki, məqsəd Naxçıvanda fundamental elmi yeniliklərin stimullaşdırılması, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsi, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsidir.
Müəssisə rəhbəri sözügedən sərəncamla əlaqədar Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra iclasda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin 70 illik yubileyinin qeyd edilməsi və səmərəli elmi fəaliyyətinə görə onun Bölmənin Fəxri Fərmanı ilə təltif edilməsi ilə bağlı qərar qəbul edilib.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyevin “Böyük sərkərdə I Kalbalı xan Kəngərli-Naxçıvanskinin həyatı və fəaliyyəti rus şərqşünası, tarixçi K.M.Smirnovun elmi əsərlərində” mövzusunda elmi məruzəsi dinlənilib.
Müzakirəyə çıxarılan növbəti məsələ qarşıdan gələn payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı olub. Bu barədə Bölmənin İşlər İdarəsinin baş mütəxəssisi Abbasəli Maqsudov iştirakçılara məlumat verib.
İclasda, həmçinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının fəaliyyəti ilə bağlı laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun çıxışı dinlənilib. O, son illərdə laboratoriyanın əldə etdiyi mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Sonda aparılan elmi-tədqiqat işləri müzakirə edilib və bu işlərin istehsalatda tətbiqinin artırılması ilə bağlı müvafiq göstərişlər verilib.
İclasda bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.



Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Şubat 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728