SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Maltada ixtisasartırma kursunda iştirak edib

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı Maltada  ixtisasartırma kursunda iştirak edib
20-09-2019, 09:34

Dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin bilik və bacarıqlarının zənginləşdirilməsi, onların yerli və beynəlxalq tədbirlərdə iştirakı daim diqqətdə saxlanılır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun “Dillər və Ədəbiyyat” kafedrasının ingilis dili üzrə baş müəllimi Aygün Əsgərova 5 avqust - 13 sentyabr tarixlərində Maltanın Valetta şəhərində “Cavendish School of Malta” adlı ingilisdilli məktəbdə ixtisasartırma kursu keçərək öz dilbilmə bacarığını zənginləşdirmiş, şifahi danışıq, yazı, oxu və dinləmə bacarıqlarını inkişaf etdirilib. İngilis dilinin tədrisinə dair yeni təlim texnologiyalarının tətbiqi və metodikası üzrə müxtəlif təlimlərdə iştirak edən əməkdaşımıza adı çəkilən məktəbin sertifikatı təqdim edilib.
İnanırıq ki, bu ildən etibarən Naxçıvan Müəllimlər İnstitutunda tədrisinə başlanılan ingilis dili ixtisası üzrə təhsil alan tələbələrin və ixtisasartırma üzrə müraciət edən müəllimlərin peşə qabiliyyətlərinin inkişafında təlimin nəticələrindən faydalı istifadə olunacaq.
Qeyd edək ki, adı çəkilən məktəb “British Council” və bir sıra nüfuzlu təhsil orqanlarında akkreditasiyadan keçmiş və baş ofisi Böyük Britaniyanın Bournemouth şəhərində yerləşir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930