SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda ötən ilin yekunları müzakirə edilib

Naxçıvan Müəllimlər İnstitutunda ötən ilin yekunları müzakirə edilib
10-01-2019, 22:09

Bu gün Naxçıvan Müəllimlər İnstitutunun Elmi Surasının geniş iclası keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,bütün srtuktur bölmələrdə çalışan əməkdaşların, müəllim və tələbə ictimai təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi iclası giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirdi ki, 2018-ci il Naxçıvan Müəllimlər İnstitutunun tarixində bir çox əlamətdar hadisələrlə yadda qalan olmuşdur. İlin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri çərçivəsində Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris kompleksinin açılışında iştirak etməsi olmuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayevin hesabat məruzəsində və məruzə ətrafında bəzi struktur bölmə rəhbərlərinin çıxışlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi qayğı və diqqət sayəsində əldə edilmiş uğurlardan danışıldı. Qeyd olundu ki, hesabat ilində bütövlükdə muxtar respublikada olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda da təhsilin maddi-texniki bazasının yenidən qurulması və ya əsaslı şəkildə möhkəmləndirilməsi, onun məzmununa dövrün tələbləri baxımından yanaşılması, yeni texnologiyalara tədris prosesində geniş yer verilməsi, ali təhsilin idarə olunması sistemində əsaslı islahatların aparılması, tədris-tədqiqat-innovasıya hədəfli işlərə başlanılması, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması və digər istiqamətlərdə görülmüş işlər dəyərləndirildi, qarşıda duran vəzifələr dəqiqləşdirildi.
Bu gün Naxçıvan Müəllimlər İnstitutu ali təhsilin bakalavriat və magistratura səviyyəslərində yüksək ixtisaslı kadr hazırlığı ilə məşğul olur. Hesabat ilində bakalavriat səviyyəsində daha 2 ixtisas üzrə müəllim hazırlığına başlayan bu ali məktəb gələcəkdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi, xarici ölkə vətəndaşlarını ali və əlavə təhsilə cəlb etməyi də planlaşdırır. Müzakirələrdə elmi-tədqiqat sahəsində görülmüş işlərdən də ətraflı bəhs edildi. Bildirildi ki, 7 nəfər elmlər və 40 nəfər fəlsəfə dokrunun da çalışdığı instutut əməkdaşları xaricdə və ölkə daxilində nufuzlu jurnal və məcmuələrdə xeyli məqalə və materiallar nəşr etdirmişdir. Tədqiqatçılardan 6 nəfəri elmi dərəcə almaq üçün dissertasiyalarını müdafiə etmişdir. Qeyd olundu ki, institutda əlavə təhsilin əsas istiqamətləri üzrə fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma bölməsi vardır. Naxçıvan Muxtar Respublikasındakı orta ixtisas təhsili, ümumtəhsil, məktəbəqədər təlim-tərbiyə, məktəbdənkənar tərbiyə müəssisələrində çalışan təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etmək sahəsində sistemli iş aparmaq məhz bu ali məktəbin öhdəsinə düşür. Hesabat ilində bu sahədə də bır sıra əhəmiyyətli işlər görülmüşdür.
İclasda institutun digər sahələrindəki vəziyyəti də təhlil edildi. 2019-cu il üçün fəaliyyət planı qəbul edildi. Yekunda belə bir əminlik ifadə olundu ki, Naxçıvan Müəllimlər İnstitutunun kollektivi bundan sonra da əzmlə çalışacaq, dövlətimizin diqqət və qayğısına əməli fəaliyyətlə cavab verəcəkdir.Naxçıvan Müəllimlər İnstitutunda ötən ilin yekunları müzakirə edilibNaxçıvan Müəllimlər İnstitutunda ötən ilin yekunları müzakirə edilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031