SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində 15 sentyabr Bilik günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində 15 sentyabr Bilik günü qeyd olunub
16-09-2019, 14:39

Naxçıvan Dövlət Universitetində 15 sentyabr Bilik günü qeyd olunub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla icrasından danışan rektor tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə məlumat verib. Rektor bildirib ki, bu il bakalavr üzrə 1029, magistratura üzrə isə 139 tələbə universitetə qəbul olub.

Tədbirdə yüksək bal toplamış tələbələrin valideynləri adından Ruhəngiz Əsgərova onları təbrik edib, bundan sonrakı tələbə həyatında onlara uğurlar arzulayıb.
Birinci kurs tələbələri adından 651 balla universitetin Sosial idarəetmə və hüquq fakültəsinin -Hüquqşünaslıq ixtisasına qəbul olmuş Səmanə İmanova çıxış edərək ölkədə təhsilə yaradılan yüksək şəraitə, hərtərəfli dövlət qayğısına görə minnətdarlıq edib. Göstərilən yüksək etimadı təhsildə qazanacağı uğurlarla dolduracağına əminliyini ifadə edib.
Sonra 600-dən yüksək balla universitetə qəbul olan tələbələrə tələbə bileti və “Naxçıvan Ensiklopediyası” təqdim olunub.
Sonda universitetin tanıtım filmi nümayiş olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031