SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib-FOTO
14-09-2019, 11:15

Yeni tədris ilinin başlaması ərəfəsində bu ali təhsil ocağında kollektivin geniş toplantısı keçirilib. Elmi Şuranın genişləndirilmiş iclasına institutun bütün struktur bölmələrinin, əməkdaş və tələbələrin təmsil olunduğu ictimai təşkilatların nümayəndələri dəvər olunub.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,iclası institun rektoru, Elmi Şuranın sədri Elbrus İsayev açaraq, kollektivi qarşıdan gələn Bilik günü - yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, professor-müəllim heyətinin hər bir üzvünə bu ictimai faydalı işində və şəxsi həyatında uğurlar diləyib. Sonra iclasın gündəliyi elan edildi. Naxçıvan Müəllimlər İnstitutunda 2018-2019-cu tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr barəsində rektor Elbrus İsayev geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi altında yaradılan Naxçıvan Müəllimlər İnstitutu üçün qarşıdan gələn tədris ili 20-ci, yubiley ilidir. 2000-ci ildə bakalavr səviyyəsində 21 tələbə ilə filial kimi fəaliyyətə başlamış və 2003-cü ildən müstəqil ali təhsil müəssisəsinə çevrilmiş Naxçıvan Müəl¬lim¬lər İnstitutu üçün 2018-ci ildə möhtəşəm tədris korpusunun tikilib istifadəyə verilməsi və açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi ölkəmizdə millətin gələcəyi hesab edilən təhsilimizə dövlət siyasətin prioritetet sahəsi kimi baxılmasının daha bir parlaq göstəricisidir. Rektor qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gündəlik diqqət və qayğısı ilə əhatə olunmuş Naxçıvan Müəllimlər İnstitutu məqsədyönlü şəkildə inkişaf etməkdə, ölkə ali təhsil ocaqları sırasında öz layiqli yerini tutmaqdadır. Rektor məruzəsində institutda ali təhsilin bütün fəaliyyət istiqamətləri üzrə 2018-2019-cu tədris ilinin yekunlarının geniş təhlilini verdi, əldə olunmuş nailiyyətləri və qarşıda duran vəzifələri göstərdi. İnstitut həyatında baş vermiş ən mühüm hadısələr sadalandı. Tədris ili ərzində institutun növbəti dövlət akkreditasiyasından uğurla keçməsi, institutda doktorantura təhsili səviyyəsində yüksəkixtisaslı elmi kadr hazırlığına icazə verilməsi, elmi-təçkilati fəaliyyət sahəsində bir sıra uğurların əldə edilməsi, respublika və region səviyyəli elmi konfransların təşkil edilməsi və digər nəticələr ali təhsil ocağına dövlətin göstərdiyi qayğı və diqqətin sayəsində əldə olunmuş kollektiv zəhmətin bəhrəsidir.
Məsələ ətrafında müzakirələr keçirildi. Elmi Şura üzvləri və dəvət olunan əməkdaşlar son bir ildə institutda baş vermiş dəyişikliklər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrdən bəhs edilər.
Gündəliyin digər məsələləri - 2019-2020-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında, cari semestr üçün fakültələr üzrə adlı təqaüdlərə namizədlərin müzakirəsi və təsdiqi, 2019-2020-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə seçmə fənlərin təsdiqi, 2019-2020-ci tədris ili üçün Naxçıvan Müəllimlər İnstitutuna bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulunun yekunları haqqında məlumat və digər məsələlər geniş müzakirə olundu. Sonra iclasda Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının 2019-2020-ci tədris ilinə aid iş planının təsdiqi, institutun tədris və tərbiyə, ixtisasartırma və yenidənhazırlanma sahələri üzrə, habelə bəzi struktur bölmələrinin və ictimai təşkilatların 2019-2020-ci tədris ilinə aid iş planlarının təsdiqi məsələlərinə baxıldı. Bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edildi. İclasın sonunda ənənəyə sadiq olaraq Azərbaycan Respublikası Ali Attestasiya Komissuyası tərəfində institutun bir necə əməkdaşına verdiyi elmi dərəcə və elmi adları təsdiqləyən sənədlərin – diplom və attestatların təntənəli təqdimatı oldu. Naxçıvan Müəllimlər İnstitutu əməkdaşlarından ölkənin ənənəvi və elektron KİV-də müntəzəm və ictimai faydalı çıxışları ilə fərqlənən 5 nəfərinə rektorun imzaladığı Təşəkkürnamə təqdim edildi.
İclasın sonunda institun rektoru, Elmi Şuranın sədri Elbrus İsayev kollektivi bir daha yeni yaradıcılıq uğurlarına səslədi.


Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30