SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunun ümumtəhsil məktəblərində metodiki toplantı keçirilib

Sədərək rayonunun ümumtəhsil məktəblərində  metodiki toplantı keçirilib
12-09-2019, 14:47

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərinin rəhbərləri və dərs hissə müdirləri ilə tədris-metodiki toplantı keçirilib.

Tədbirdə əsas məqsəd yeni tədris ilinə hazırlıqla bağlı ümumtəhsil məktəblərinin ikinci, beşinci və altıncı siniflərində keçirilən mülki müdafiə dərslərinin keyfiyyətini yaxşılaşdırmaq, ümumtəhsil məktəblərinin dərs hissə müdirlərinə mеtоdiki tövsiyələr vеrmək, məktəblərdə mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı və yаnğın təhlükəsizliyinin təmin оlunmаsı ilə bаğlı işlənilmiş sənədlər tоplusunun icrа vəziyyətinin yахşılаşdırılmаsındа müəllimlərə əməli köməklik göstərmək və onların bu sahə üzrə pedaqoji səviyyələrini artırmaqdan ibarət olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Sədərək rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Natiq Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən belə tədbirləri müsbət qiymətləndirib, tədbirin əhəmiyyətindən və mülki müdafiə sahəsində müəllimlərin üzərinə düşən vəzifələrdən bəhs edib.

Fövəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov vurğulayıb ki, təsdiq olunmuş tədris proqramı əsasında ümumtəhsil məktəblərinin ikinci siniflərində mülki müdafiə dərsləri 6 saat həcmində, 5-ci və 6-cı siniflərdə isə 8 saat həcmində keçirilir. Qeyd olunub ki, mülki müdafiə fənni 2-ci və 5-ci siniflərdə tədris ilinin ikinci yarımilində, 6-cı siniflərdə isə birinci yarımildə tədris olununr. Bu dərslərin keçirilməsinin xüsusiyyəti öyrədilən materialın praktik təmayülə malik olmasıdır. Qeyd olunan siniflərdə şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınmaqla uşaqlarda mülki müdafiə fənninə maraq və müsbət əhval-ruhiyyə yaratmaq mümkündür. Bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsi tərəfindən müvafiq təlimatlar hazırlanıb, slaydlar və videomateriallar məktəblərə təqdim olunub. Məruzəçi daha sonra “Ümumtəhsli məktəblərinin 2, 5 və 6-cı siniflərində mülki müdafiə dərslərinin keçirilməsi metodikası və qaydası”, “Sülh və müharibə dövrlərində mülki müdafiənin təşkili və vəzifələri”, “Naxçıvan Muxtar Respublikası ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələrin nəticələrindən mühafizənin üsulları”, “Fərdi və kollektiv mühafizə vasitələri”, “Xəbərdaredici “Hamının diqqətinə” siqnalı və ondan sonra mülki müdafiə orqanlarının şifahi xəbərləri verilərkən müəllim heyətinin və şagirdlərin fəaliyyəti” mövzularında mühazirələr oxuyub. Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov “Radioaktiv, kimyəvi, güclü təsirli zəhərli maddələrlə və bakterioloji vasitələrlə zəhərlənmələr, habelə sınıq, çıxıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardımın göstərilməsi qaydaları” və “Ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi qaydaları” mövzularında çıxış edib.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb, onlara metodiki kömək məqsədi ilə əyani vəsaitlər, slaydlar və video materiallar təqdim olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30