SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub

AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
11-09-2019, 16:22

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası ərazisində cari ildə beynəlxalq və yerli ekspedisiyanın apardığı arxeoloji tədqiqatların yekunlarına həsr olunan tədbir keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinndən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvanda aparılan genişmiqyaslı arxeoloji qazıntılardan danışıb. Bildirib ki, hər il olduğu kimi bu il də ərazinin müxtəlif yerlərində beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyalar tərəfindən tədqiqatlar aparılıb.

Akademik İsmayıl Hacıyev aparılan qazıntıların nəticələrinin həm Azərbaycan, həm də Naxçıvan tarixinin yenidən araşdırılması baxımından əhəmiyyətli olduğunu deyib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir Vəli Baxşəliyev çıxış edərək may ayından başlayaraq yerli arxeoloqların Azərbaycan-ABŞ, Azərbaycan-Fransa beynəlxalq ekspedisiya üzvləri ilə birgə Naxçıvantəpədə, Uçan Ağıl yaşayış yerində, I Kültəpədə, Ovçulartəpəsində, Oğlanqalada tədqiqatlar apardığını söyləyib. O, tədqiqatlar zamanı ərazidən ocaq yerləri, keramika nümunələri, xeyli sayda dən daşları, obsidian və tikinti qalıqlarının aşkar edildiyini deyib. Bildirilib ki, aşkar olunan və diqqəti cəlb edən boyalı, dırnaq və barmaq basqısı ilə naxışlanmış keramikalardan tədqiqat zamanı götürülən karbon analizləri onların eramızdan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib.
Bildirilib ki, beynəlxalq ekspedisiya üzvləri Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində, Şərur, Ordubad, Babək, Şahbuz, Kəngərli rayon ərazilərində kəşfiyyat xarakterli araşdırmalar da aparıb.

Vəli Baxşəliyev qeyd edib ki, beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyasının üzvləri həmçinin əvvəlki illərdə Ovçulartəpəsi və I Kültəpə yaşayış yerindən aşkar edilən arxeoloji materialların tədqiqi ilə də məşğul olub. Tədqiqatlar zamanı Kültəpənin Cənubi Qafqazda ən qədim Neolit məskəni olduğu müəyyən edilib: “Azərbaycan-Fransa arxeoloqları əməkdaşlığının 10 illiyi ilə bağlı ötən il Bakı şəhərində sərgi açılıb və ekspedisiyaların nəticələri həmin sərgidə nümayiş etdirilib”.
Oğlanqala yaşayış yerində aparılan tədqiqatlardan da bəhs olunaraq bildirilib ki, Azərbaycan-ABŞ arxeoloji ekspedisiyası Avstraliyadan gəlmiş mütəxəssislərlə birgə həmin ərazidə arxeoloji qazıntılar aparıb.

Vəli Baxşəliyev diqqətə çatdırıb ki, arxeoloji ekspedisiyaların əldə etdiyi nəticələrlə bağlı kitablar və monoqrafiyalar nəşr olunub, beynəlxalq jurnallarda müxtəlif məqalələr dərc edilib. Bundan başqa, Fransada təşkil olunan beynəlxalq konfransda Naxçıvanda aparılan arxeoloji tədqiqatlarla bağlı 7 məruzə dinlənilib.
Vəli Baxşəliyev qazıntılara dəstək və hərtərəfli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının rəhbəri Katherine Marro və ekspedisiya üzvlərindən, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Mehbalıyev çıxış edərək ərazidə aparılan qazıntıların Azərbaycan arxeologiyası üçün əhəmiyyətli olduğunu söyləyiblər.
Tədbir çərçivəsində arxeoloji ekspedisiyanın üzvləri iştirakçıların çoxsaylı suallarını cavablandırılıb.

AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30