SON DƏQİQƏ

naxcivanxeberleri.com

Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb

Peşə məktəblərinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayıb
11-09-2019, 10:20

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, komissiya 18 nömrəli Bakı Peşə Liseyində (Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A) şikayətləri dinləyəcək.

Apelyasiya Komissiyasına saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək mümkündür. Komissiya işini sentyabrın 13-də yekunlaşdıracaq.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. Avqustun 5-dək 20-dək keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30