SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib-FOTO

Naxçıvan Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib-FOTO
9-01-2019, 16:15

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti ümumi yığıncağı keçirilib. İclas bölmənin 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələrinə həsr olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən diqqət və qayğıdan danışıb. O, dissertasiya mövzuları seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almağın, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük verməyin və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyini vurğulayıb.
Sonra bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri ilə bağlı məlumat verib. Bildirib ki, bölmə üzrə cari ildə 3 nəfər elmlər doktoru hazırlığı üzrə doktoranturaya, 2 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya, 14 nəfər isə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya müraciət edib.
Müzakirələrdən sonra təqdim olunan 19 dissertasiya mövzusu Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.
Naxçıvan Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib-FOTONaxçıvan Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 365
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031