SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanları başa çatıb

Naxçıvanda müəllimlərin  işə qəbulu üçün  keçirilən test imtahanları başa çatıb
9-09-2019, 10:43

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 21 iyun 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 14 avqust - 4 sentyabr tarixlərdə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən -a verilən məlumata görə, müsabiqəyə 302 vakant vəzifə çıxarılmış, 199 vəzifənin tutulması üçün 613 namizəd müraciət etmişdir. Həmin şəxslərin dövlət nümunəli təhsil sənədlərinin hüquqiliyi yoxlanılmış və 599 namizəd imtahana buraxılmışdır. Test imtahanlarında 576 namizəd iştirak etmiş, 235 nəfər keçid balını toplayıb.

Test imtahanında iştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 olmaqla ümumilikdə 80 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilmişdir. Qanunvericiliyə əsasən, stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 80 faizini (64 bal), təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənləri üzrə test tapşırıqlarının 50 faizini (40 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilirlər. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxslər müvafiq vəzifələrə təyin olunacaqlar. Keçid balını toplamış namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərilib.
Vakant vəzifələr üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Test imtahanlarında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanlarının nəticələri Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031