SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi 1 193 tələbənin köçürülməsinə icazə verib

Təhsil Nazirliyi 1 193 tələbənin köçürülməsinə icazə verib
5-09-2019, 16:00

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, transfer.edu.az portalı vasitəsi ilə ali təhsil müəssisələrindən köçürülmək üçün, ümumilikdə, 1 535 nəfər müraciət edib. Onlardan 1 193 nəfərin müraciəti müsbət cavablandırılıb.

Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 193 nəfərdən 1 152-ni bakalavr, 12-ni magistratura səviyyəsi üzrə, 29-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

Qeyd edək ki, transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31