SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib

Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib
8-01-2019, 14:29

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata gğrə, dərsdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Termodinamikanın qanunları” mövzusundan danışıb.
Bildirib ki, termodinamika müxtəlif növ enerjilərin qarşılıqlı çevrilmələri və bu çevrilmələrin qanunlarını öyrənən elmdir. Termodinamikanın qanunları fizika fənnində öyrənilir. Eyni zamanda kimyəvi reaksiyalarda da termodinamik parametrləri bilmək mütləqdir.
Günel Məmmədova qeyd edib ki, XIX əsrin birinci yarısında bir elm kimi yaranan termodinamikanın 4 qanunu var. Birinci qanununa enerjinin saxlanma qanunu da deyilir. Bu qanun 3 böyük alimin-alman həkimi Yulius Mayer, alman fiziki German Helmholts və ingilis fiziki Ceyms Coul adı ilə bağlıdır.
Termodinamikanın ikinci qanunundan bəhs edən kimyaçı alim şagirdlərin diqqətinə çatdırılıb ki, bu qanun entropiya (S) anlayışı ilə bağlıdır. Entropiya sistemin nizamsızlığı funksiyasıdır.
Qeyd olunub ki, termodinamikanın üçüncü qanunu 1906-cı ildə alman fiziki və kimyaçısı Valter Nernst tərəfindən müəyyənləşdirilib və bu qanun Nernst teoremi kimi də ifadə olunur. Termodinamikanın sonuncu qanununa isə 0 qanun deyilir.
Açıq dərs muxtar respublikanın 226 ümumtəhsil müəssisəsində izlənilib.
Naxçıvanda ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçirilib

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930