SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib

AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib
4-01-2019, 15:28 222 dəfə baxılıb

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Rəyasət Heyətinin və elmi-tədqiqat müəssisələrinin 2019-cu il üçün nəzərdə tutulan iş planlarını açıqlayıb. Akademik aparılacaq tədqiqatların elmi səmərəliyini yüksəltmək üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyələrini verib.
Sonra 40 maddədən ibarət iş planı və mövzular Rəyasət Heyətində müzakirə olunaraq təsdiqlənib.
İclasda, həmçinin akademiyanın prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın elmi müəssisə və təşkilatlarında iş vaxtının uçotunun aparılmasının təmin edilməsi barədə” sərəncamından da danışılıb. Sözügedən sərəncamdan irəli gələn məsələlərlə bağlı bölmənin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi Hənifə Hənifəyev məlumat verib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
AMEA Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728