SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 29-u qızıl və gümüş medallara layiq görülüb

Təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlardan 29-u qızıl və gümüş medallara layiq görülüb
6-08-2019, 17:56

2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medallarla təltif olunublar. Bu münasibətlə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edib, muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlərdən və yaradılan şəraitdən danışıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Nazir qeyd edib ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş medalla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu il də muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 44-ü isə fərqlənmə attestatına layiq görülüb. Qızıl və gümüş medallara layiq görülən məzunlar tədris müddətində keçirilmiş fənn olimpiadalarında da yüksək nəticələr əldə ediblər. Qızıl medala layiq görülən şagirdlərdən 9-u, gümüş medala layiq görülənlərdən isə 5-i respublika fənn olimpiadasının qalibi olub.

Tədbirdə Babək rayon təhsil şöbəsinin müdiri Həsən Zeynalov və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin məzunu Daşqın Xudiyev çıxış edərək məzunların yüksək uğur qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir infrastrukturun böyük rol oynadığını qeyd edib və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuran məzunlara medalları və attestatları təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031