SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Jurnalistika”ya qəbul üçün keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb

“Jurnalistika”ya qəbul üçün keçirilən qabiliyyət imtahanının nəticələri açıqlanıb
2-08-2019, 17:20

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 1-də keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mərkəzdən verilən məlumata görə, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 486 abituriyentdən 110 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 376 abituriyentdən 344nəfəri “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) Mərkəzin A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 və 4 avqust tarixlərində qeyd olunan ünvanda şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Mərkəzdən verilən məlumata görə, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər.

İmtahanda iştirak etmək hüququ qazanmış 486 abituriyentdən 110 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 376 abituriyentdən 344nəfəri “məqbul” qiymət alıb.

Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) Mərkəzin A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (keçmiş Asiya Universitetinin binası) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3 və 4 avqust tarixlərində qeyd olunan ünvanda şəxsiyyət vəsiqələrini şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30