SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub-FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub-FOTO
28-12-2018, 17:39

Naxçıvan Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Vurğulanıb ki, Ulu öndər Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edərək dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasının ölkə miqyasında təsbit edilməsinə nail olub. Ali təhsil ocağının tələbə və müəllim heyətini təbrik edən-rektor bildirib ki, bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaq istiqamətində əvəzsiz rol oynayır. Rektor 2018-ci ilin Naxçıvan Dövlət Universiteti üçün uğurlu il olduğunu, 2019-cu ildə isə qarşıda daha mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.
Rektor əlamətdar tarixi gündə həmçinin, Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı Tələbə Gənclər Təşkilatı” müsabiqəsinin qalibi olan Naxçıvan Dövlət Universitetinin TGT-nın sədri Zümrüd Səfərovanı təbrik edib.
Universitetin İncəsənət fakültəsinin tələbələri bir-birindən maraqlı musiqi, rəqs nömrələri ilə tədbiri daha da şənləndirib. Yeni ilin rəmzi sayılan Şaxta baba və qar qızın gəlişi tədbirin rəngarəngliyinə səbəb olub. Sonda xatirə şəkli çəkdirilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub-FOTODünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvan Dövlət Universitetində qeyd olunub-FOTO

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930