SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 25 medal qazanıblar - FOTO

Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 25 medal qazanıblar - FOTO
11-07-2019, 17:12

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Respublika fənn olimpiadalarının qalibi olan naxçıvanlı məktəblilərin mükafatlandırılması olub.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iyunun 24-də imzaladığı sərəncamla 3 şagirdin adlarının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz nümunəsidir.

Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib. Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla 25 medal qazanıblar.

Təhsil naziri qeyd edib ki, Olimpiadanın nəticələrinə əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika birincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika ikincisi olublar.

Tədbirdə çıxışlardan sonra olimpiada qaliblərinə medal və sertifikatlar təqdim edilib, qaliblərlə birlikdə xatirə şəkli çəkdirilib.

Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 25 medal qazanıblar - FOTO
Muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 25 medal qazanıblar - FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031